Növbədənkənar prezident seçkiləri ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bu məqsədlə 26 seçki məntəqəsi yaradılıb.

"AZTV XƏBƏR" komandası iş­ğaldan azad olunmuş Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndidə seçkilərə hazırlığın vəziyyətini öyrənmək məqsədilə bu ərazilərdədirlər.

Daha ətraflı Kamil Eldaroğlunun reportajından izləyə bilərsiniz.